61 yaşlı şoumen 4-cü dəfə ata olacaq

61-yasli-soumen-4-cu-defe-ata-olacaq
Oxunma sayı: 3023

Daha öncə 4 dəfə evli olan, eşq dedi-qoduları ilə gündəmdən düşməyən məşhur türkiyəli aparıcı və şoumen Mehmet Əli Ərbil bu yaxınlarda yeni sevgilisi ilə görüntülənmişdi.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha sonra 61 yaşlı aparıcının yeni sevgilisinin müğənni Nevin olduğu üzə çıxmışdı.

Bu günlərdə isə cütlük haqqında yeni iddia ortaya atılıb. Məlumata görə, Nevin hamilədir və Mehmet Əli Erbil 4-cü dəfə ata olmağa hazırlaşır.

Qeyd edək ki, aparıcının daha öncəki 4 evliliyindən 3 uşağı var.