61 yaşlı şoumen 6-cı dəfə evlənmək istəyir - Fotolar

61-yasli-soumen-6-ci-defe-evlenmek-isteyir
Oxunma sayı: 5632

Türkiyəli aparıcı Mehmet Ali Erbil 6-cı dəfə evlənmək istədiyini bildirib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 61 yaşlı aparıcı yalnızlıqdan sıxıldığını deyib:

“Yenidən evlənmək istəyirəm. Allah o günləri qismət etsin”.

Məlumat üçün bildirək ki, Mehmet Ali Erbil daha öncə 5 dəfə evlilik yaşayıb. Onun bu evliliklərdən 2 qızı və 1 oğlu var.

İlk evliliyi 1980-1982-ci illərdə Şahnaz Kamiloğlu ilə olub. Boşandıqları il Sezin adlı qızı dünyaya gəlib.

1985-ci ildə Şahnaz Kamiloğlu ilə yenidən evlənsə də, bir neçə ay sonra boşanıb.

1989-1996-cı illərdə model Nərgiz Kumbasarla evlilik yaşayıb. Bu evlilikdən 1995-ci ildə Yasmin adlı qızı olub.

4-cü evlilik 2001-ci ildə Sədəf Altuntaşla baş tutub. Lakin, 2003-cü ildə ondan da ayrılıb.

Sonuncu evliliyi isə 2005-ci ildə Tuba Coşkunla edib, 2006-cı ildə Əli Sədi adında oğlu dünyaya gəlib. Evlilik 2011-ci ildə başa çatıb.