616 ədəd partlamamış sursat aşkarlanıb

616-eded-partlamamis-sursat-askarlanib
Oxunma sayı: 1026

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 əkin sahəsinə və dəmir yolu xəttinin kənarına, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

“Qafqazinfo” ANAMA-ya istinadən xəbər verir ki, 616 ədəd partlamamış hərbi sursat (PHS), 93 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 284 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 58 000 kv.m (5.80 ha) ərazi yoxlanılıb.