62 uşaq itkin düşüb, 29 uşaq girov götürülüb

62 uşaq itkin düşüb, 29 uşaq girov götürülüb
Oxunma sayı: 723

Bu gün Ağdam rayonunda keçirilən "Vətəni müdafiəyə daim hazırıq" adlı konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov çıxış edib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, İ.Axundov çıxış edərək deyib ki, işçi Qrup son 2 ildə itkinlərə aid siyahıların dəqiqləşdirilmə sahəsində ciddi və təxirəsalınmaz işlər aparır: "Hazırda bu iş yekunlaşıb. Amma problemin həssas, eyni zamanda humanitar tərəfini nəzərə alsaq, siyahıda cüzi dəyişikliklər olması mümkündür.  Dövlət Komissiyasında 1 sentyabr 2017-ci il tarixə olan məlumata görə, 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3126 nəfəri hərbçilər, 742 nəfəri mülki şəxslərdir. Mülki şəxslərin arasında 62 nəfər uşaq, 262 nəfər qadın, 302 nəfəri isə qocalardır. Bundan başqa, itkin düşmüş 3868 nəfərin 872 nəfərin intensiv hərbi əməliyyatlar zamanı Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülməsi, saxlanılması barədə məlumatlar əldə edilib.

Onlardan 591 nəfəri hərbçi, 281 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 29 uşaq, 98 qadın, 111 qoca olub. Münaqişə zamanı Ermənistan tərəfindən bütün beynəlxalq normalar və bəşəri dəyərlər pozulub".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi