63 minlik oğurluq edən azadlığa buraxıldı

63-minlik-ogurluq-eden-azadliga-buraxildi
Oxunma sayı: 1354

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sərxan Bayramova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, məhkəmə kollegiyasının hökmü ilə S.Bayramova şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, S.Bayramov ötən il Svetlana Bayramovanın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63 min 400 manat dəyərində qızıl əşyalarını oğurlayıb.

Məhkəmə dövründə zərərçəkmişə dəymiş zərər ödənilib.