6370 nəfərin halı pisləşdi - Yaponiyada kəskin istiləşmə

6370-neferin-hali-pislesdi
Oxunma sayı: 639

Yaponiyada havaların kəskin istiləşməsi ölümlə nəticələnib. 

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, 1 həftə ərzində 6 nəfər istidən dünyasını dəyişib, 6370 nəfər isə xəstəxanalara yerləşdirilib. 

Meteoroloji agentlikdən bildirilib ki, isti hava şəraiti ölkənin əksər ərazisində davam edəcək. 

Aysel Kərimova