644 namizəddən 125-i uğur qazandı

644-namizedden-125-i-ugur-qazandi
Oxunma sayı: 653

Komissiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılıb:

1. dünyagörüşü-dünyanın, əsasən də Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) yerləşdirilib.

Test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak ediblər. Müsabiqədə iştirak etmək üçün Komissiyada 4199 namizəd qeydə alınıb. Onlardan 1148 nəfəri (bütün namizədlərin 27.34%-i, test imtahanında iştirak edən 3384 namizədin 33.92%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən
- 543 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;
- 310 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;
- 295 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Namizədlərdən 815 nəfəri (bütün namizədlərin 19.41%-i) test imtahanında iştirak etməyib. Bunlardan 171 nəfəri İqtisadi İnkişaf Nazirliyi, 86 nəfəri Təhsil Nazirliyi, 54 nəfəri Mədəniyyət və Turizm Nazirliyi, 48 nəfəri isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə qeydə alınmış namizədlərdir.

Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılıb və Komissiyasının rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
- İqtisadi İnkişaf Nazirliyi - 28 yerə qarşı qeydə alınmış 644 namizəddən 125-i test imtahanından uğurla keçib;
- Təhsil Nazirliyi - 64 yerə qarşı qeydə alınmış 414 namizəddən 99-u test imtahanından uğurla keçib;
- Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi - 10 yerə qarşı qeydə alınmış 301 namizəddən 76-sı test imtahanından uğurla keçib;
- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi - 73 yerə qarşı qeydə alınmış 161 namizəddən 73-ü test imtahanından uğurla keçib;