65 ildən sonra oğluyla görüşdü

65-ilden-sonra-ogluyla-gorusdu
Oxunma sayı: 2329

Cənubi Koreyalı bir qrup 1950-1953-cü illər müharibəsindən bu yana heç görüşmədikləri yaxınlarını görmək üçün Şimali Koreyaya səfər edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  sonuncu dəfə 3 il bundan qabaq baş tutan səfərdən sonra  növbəti qrup yaradılıb. Qrupun içərisindəki 92 yaşlı qadın 65 il sonra ilk dəfə oğluyla görüşüb. Belə ki, 65 il bundan qabaq Lee Kom Seom adlı qadın müharibə vaxtı şimaldan qaçarkən əri və 4 yaşlı oğlunu itirib. O, bu günün gələcəyini xəyal  belə etmədiyini və oğlunun sağ olub olmamasından xəbərsiz olduğunu vurğulayıb.

Cənubi Koreyalı qrup görüşmə üçün sərhəddən avtobusla Kumqanqa gedib. Əsgərlərin nəzarəti altında  3 gün ərzində cəmi 11 saat yaxınları ilə görüşə biləcək. 

Şimali Koreyaya səfər edənlər arasında ən yaşlısının 101 yaşı var.

Qeyd edək ki, Koreya müharibəsində milyonlarca ailə öz yaxınlarından didərgin düşüb. Son 18 ildə 20 dəfə bu cür görüşlər baş tutub. Ailələrin bir neçə saatlığına yaxınlarını görmələrinə icazə verilib. Qardaşın qardaşla, valideynlərin öz övladlarıyla  görüşmə səhnələrində duyğusal anlar yaşanıb. 

 Günel Türksoy