65 min adam evinə qayıtmaq üçün gözləyir

65-min-adam-evine-qayitmaq-ucun-gozleyir
Oxunma sayı: 1248

BMT-nin Humanitar İşlər Üzrə Təşkilatının müavini Ursula Mueller 65 min Mərkəzi afrikalının sığındığı Pava şəhərini ziyarət edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mueller səfəri zamanı Pavada qalınacaq yer olmadığına görə qaçqınların manqo ağaclarının altında, kəskin istilərə baxmayaraq kiçik çadırlarda yatmaqlarına məcbur olduqlarını bildirib. 

O, qaçqınların qida tapmaqda çətinlik çəkdiyini və evlərinə qayıtmağı səbirsizliklə gözlədiklərini də əlavə edib.

Xatırladaq ki,  yanvar ayında Mərkəzi Afrikanın şimal hissəsində yol qaydalarına nəzarət etmək üçün silahlı qruplar tərəfindən qarşıdurma yaşanmış və nəticədə 90 min insan köçmək məcburiyyətində qalmışdı.

Ülviyyə