65 yaşında ana oldu - Foto

65 yaşında ana oldu
Oxunma sayı: 779

Nigeriyada Komfort Timosi adlı qadın 65 yaşında sağlam uşaq dünyaya gətirib.

“Qafqazinfo” xəbər verir ki, 2001-ci ildə ailə quran Timosi 18 il sonra ana olmağın sevincini yaşayıb. Qızı dünyaya gələn qadın dualarının qəbul olduğunu deyib: “Uşağım olmurdu. Qızım olması üçün hər gün dua etdim və 18 il sonra duam qəbul edildi. 65 yaşında ana oldum. İstəklərimiz üçün Allaha dua etməli və gözləməliyik”. 

Nigeriyalı ana və həyat yoldaşı qızlarına mənası “xoşbətlik gəldi” demək olan Ayobami adını qoyub.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi