65 yaşlı kişi intihar etdi

65-yasli-kisi-intihar-etdi
Oxunma sayı: 686

Balakən sakini intihar edib.

"Qafqazinfo" xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saat 20:30 radələrində rayon Katex kəndində qeydə alınıb.

Kənd sakini, 65 yaşlı Müsafir Rəhimovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsində olan köhnə tikilidə, tavanından asılı vəziyyətdə aşkar edilib.

İlkin aparılan araşdırma zamanı dörd övlad atası olan Müsafir Rəhimovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.