65 yaşlı Qusar sakini dənizdə batdı

65-yasli-qusar-sakini-denizde-batdi
Oxunma sayı: 649

Bu gün Xəzər dənizinin Xaçmaz rayonu sahillərində 65 yaşlı kişi dənizdə batıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Qusar rayon sakini, 1952-ci il təvəllüdlü Arif Əsgərov Nabranda dənizdə çimərkən boğulub. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Morquna gətirilib.
 
Faktla bağlı araşdırma aparılır.