68 terrorçu məhv edildi - TSQ-dan açıqlama

68 terrorçu məhv edildi
Oxunma sayı: 827

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 2960-a çatıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, gün ərzində 68 terrorçu məhv edilib.

Bundan başqa, Afrinin Racu rayonun mərkəzi, həmçinin, Ramadiyə və Namilək kəndləri terrorçulardan azad edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən 30-u strateji yüksəklik, 121-i kənd olmaqla ümumilikdə 155 məntəqə terrorçulardan təmizlənib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi