688 sürücüyə qadağa qoyuldu

688-surucuye-qadaga-qoyuldu
Oxunma sayı: 645

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, cari ilin 9 ayında qeydə alınan qayda pozuntularının 32 585-i yol ayrıcını keçmə qaydalarının, 1571-i ötmə, manevr etmə qaydalarının pozulması, 10 798-i işıqforun qırmızı işığında keçmə, 3276-sı sürət həddinin aşılması, 3345-i avtomobilin sərxoş, 283-ü dövlət nömrə nişansız, 5036-sı sürücülük vəsiqəsi olmadan idarə edilməsi, 84 034-ü pərdə, plyonkalı vəziyyətdə idarə olunması ilə bağlıdır.

1457 sürücü qəza şəraiti yaratdığı, 1039-u polisə tabe olmadığı üçün saxlanılıb.

Sərnişindaşıma qaydalarının pozulması səbəbindən 1726, avtoxuliqanlıq edən 267 sürücü inzibati məsuliyyətə cəlb olunub.
Hesabat dövründə 1450 piyada yol hərəkəti qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub və cərimələnib.

Əsədov bildirib ki, bu ilin 9 ayında yol hərəkəti qaydalarını pozduqları üçün 10 və daha çox bal toplayan 688 sürücünün nəqliyyat vasitələrini idarəetmə hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.