69 yaşlı müğənni beşinci dəfə evləndi - Fotolar

69-yasli-mugenni-besinci-defe-evlendi
Oxunma sayı: 2281

Bir müddətdir nişanlı olan amerikalı müğənni Ketrin Makfi (35 yaş) ilə kanadalı sənətçi Devid Foster (69 yaş) ailə həyatı qurub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, toy Londonda baş tutub.  

Ketrin toyuna dünyaca məşhur dizayner Zac Posen imzalı gəlin paltarında qatılıb.

Bununla da, ifaçı ikinci dəfə ərə gedib. Onun ilk evliliyi Nik Kokasla olub (2008-2016). 

Fosterin isə bu, sayca beşinci evliliyidir. O, sonuncu dəfə məşhur Bella və Gigi Hadidlərin anası Yolanda ilə evli olub, 2017-ci ildə cütlük yollarını ayırmaq qərarına gəlib.