7 evdən oğurluq edənlər tutuldu

7 evdən oğurluq edənlər tutuldu
Oxunma sayı: 24

Sumqayıtda silsilə oğurluqlar törədən şəxslər şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 7 evdən oğurluq edən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Məzahir Əliyev saxlanılıb.

O, bu ilin aprel ayından başlayaraq Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evlərindən oğurluq etməyə başlayıb. M.Əliyev istintaqa ifadəsi zamanı Sumqayıt şəhərində 7 evdən pul, qızıl-zinət əşyaları, noutbuk, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.

İstintaq tədbirləri zamanı müəyyən edilib ki, M.Əliyev mənzillərdən dəyəri 15 min manata yaxın qızıl və 16 min manat pul oğurlamaqla zərərçəkənlərə ümumilikdə 31 min manat maddi ziyan vurub.  

Araşdırmalar zamanı M.Əliyevin Binəqədi və Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən də oğurluq etdiyi məlum olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər ərazisində silsilə velosiped oğurluqları etməkdə təqsirli bilinən Natiq Əliyev də saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin şəhər ərazisində 7 velosiped oğurladığı məlum olub. N.Əliyev oğurladığı velosipedləri Sumqayıt şəhərində yerləşən bazarlardan birində satdığını bildirib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi