7 il ana ola bilməyən qadın üçəm dünyaya gətirdi - Video

7 il ana ola bilməyən qadın üçəm dünyaya gətirdi
Oxunma sayı: 1997

Bakıda 7 ildir ana ola bilməyən qadın üçəm dünyaya gətirib.

"Qafqazinfo" xəbər verir ki, 27 yaşlı Əzizə Haqverdiyeva uzun zaman ana ola bilməsə də ona bu sevinci ali dərəcəli mama-ginekoloq Səbinə Mirzəyeva yaşadıb. Yeddi ildən sonra iki oğlan və bir qız anası olan Ə.Haqverdiyeva uşaqların adını Həsən, Sabit və Dilək qoyacağını deyib.

Əzizə Haqverdiyeva hisslərini Space Tv-də yayımlanan “Hər gün” informasiya proqramı ilə bölüşüb: “Çox gözəl hissdir. Bunu hər kəsə arzu edirəm. Gec olsun, amma bu sevinci bütün analar yaşasın. Şükür allaha ki, çox çətin olmadı. Allah hər zaman mənimlə oldu”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi