7 ildir evlidirlər, eyni evdə yaşamırlar - Fotolar

7-ildir-evlidirler-eyni-evde-yasamirlar
Oxunma sayı: 2112

16 ildir birlikdə olan Kler və Devid Berk 7 ildir ki, xoşbəxt ailə sahibidirlər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onların hətta bir oğlu olsa da, heç vaxt birlikdə yaşamayıblar. Cütlük birgə vaxt keçirir, ancaq yatmaq vaxtı gələndə hərə öz evinə gedir. Klerlə Devidin fikrincə, bu, münasibətlərini daha da möhkəmləndirməyə kömək edir.

49 yaşlı Klerin sözlərinə görə, onlar heç vaxt ciddi şəkildə birlikdə yaşamağı düşünməyiblər. Toy gecəsindən sonra 43 yaşlı Devid belə qərara gəlib ki, bir-birlərinə azadlıq versinlər. Onlar bir-birindən 6 kilometr məsafədə yerləşən ayrı-ayrı evlərdə yaşayırlar.

Klerin Devidlə tanış olanadək 2 dəfə uğursuz nikahı olub. Uşaqları ilə evinə qayıdan Kler azad olmaq istəyib. Devid isə 17 illik evlilikdən sonra subaylıq həyatı ona daha cəlbedici görünüb. Bir-birlərinin azadlığa verdikləri dəyəri görən cütlük evli, ancaq ayrı yaşamağa qərar veriblər.

“Bizim müstəqillyimiz var, bu səbəbdən münasibətimiz daha yaxşıdır. Bir-birimizə hər hansı məsələdə təzyiqimiz, fikir müxtəlifliyimiz yoxdur”, - deyə cütlük müsahibəsində bildirib.

Mübahisə yaranmasın deyə Klerlə Devid büdcələrini də ayrı tutur. Onlar təsdiq edirlər ki, hərə öz pulunu xərcləyəndə hər şey daha gözəl olur.

Cütlüyün oğlu Cey isə hər iki valideyni ilə vaxt keçirir. Valideynlərinin sözlərinə görə, onların fərdi həyat tərzlərinə baxmayaraq, Cey adi uşaqlar kimi böyüyür.