7 illik evliliyini bitirdiyini İnstaqramda elan etdi

7 illik evliliyini bitirdiyini İnstaqramda elan etdi
Oxunma sayı: 1944

Türkiyəli aktrisa və aparıcı  Hande Ataizi ərindən boşanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ataizi İnstaqram hesabında məlumat verib.

“Yeddi illik ərim, yeganə oğlum Leonun atası Benjamin Harveylə qarşılıqlı razılıq əsasında boşandıq. 8 illik münasibətimiz bitsə də, üçümüzü yenə birlikdə parklarda, məktəbdə görəcəksiniz. Aramızdakı dostluq münasibəti boşanmaya görə bitməyəcək qədər sağlamdır. Hər şeyin başlanğıcı olduğu kimi bir sonu da var. Əsas sevgi, hörmət və dostluq həyatımızdan əskik olmasın”, - deyə aktrisa qeyd edib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi