7 minlik süni saç oğurladı

7-minlik-suni-sac-ogurladi
Oxunma sayı: 642

Bakıda qəribə oğurluq hadisəsi baş verib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 26-na keçən gecə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8000 manat pul və 7000 manat dəyərində süni saçlar oğurlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb. 

Araşdırma aparılır.