7 nəfər donvurmadan öldü - ABŞ-da

7-nefer-donvurmadan-oldu
Oxunma sayı: 1164

ABŞ-da kəskin soyuqlar və donvurma nəticəsində azı 7 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Məlumata əsasən, soyuqlar səbəbindən İllinoiş ştatının Çikaqo şəhəri yaxınlığında 2 nəfər ölüb. Kanzas ştatında isə 4 nəfər qəza zamanı həlka olub. Cənubi Dakotada isə 83 yaşlı qadın anomal soyuqların qurbanı olub. Milli metereoloji xidməti bəzi ərazilərdə havanın temperaturunun mənfi 17 dərəcəyədək düşdüyünü bildirib.

Miçiqan ştatında ötən həftə ərzində yolların buz bağlaması səbəbindən 30-dək ağır yol qəzası olub. 

Növbəti həftə də ölkənin bir sıra bölgələrində qeyri-sabit hava şəraitinin davam edəcəyini proqnozlaşdırıb.