“7 qurban demişdim...” - Tatlısesi ağladan Zenfira

“7 qurban demişdim...”
Oxunma sayı: 4427

Azərbaycanın tanınmış müğənnisi Zenfira İbrahimova Show TV-də yayımlanan “Seda Sayanla” verilişinin qonağı olub. 

“Qafqazinfo” xəbər verir ki, İbrahim Tatlısesin mahnısını oxuyaraq onu ağladan ifaçı sosial şəbəkələrdə fenomenə çevirilən videodan danışıb:

“İbrahim Tatlısesin ilk dinlədiyim mahnısı “İnsanlar” olub. 25 ildir ki, onunla görüşmək arzusunda idim. Hər zaman İstanbula gəlib-gedirdim. Heç vaxt görə bilmirdim. Qohumum Ömər vasitəsi ilə onunla görüşdüm. İzmirə getdim, bir gün gözlədim. İbrahim bəy İstanbulda idi. Ağlayaraq ona baxdım.  Pəncərənin o biri tərəfindən məni gördü.

Mənimlə görüşdü, yanında oturdum. Oğluma onun adını qoymuşam. Yeddi qurban demişdim, birini onun icazəsi ilə orada kəsdim. Allah qəbul etsin. Tatlıses də dedi ki, bu qurbanın ciyərini özüm yeyəcəm”.  

Z. İbrahimova proqramda həm Azərbaycan, həm də Türkiyənin məşhur mahnılarını səsləndirib, onu səhnədə tarzən Humay Qədimova müşayiət edib. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi