“7-si reanimasiyada, digərləri vətənlərinə qaytarılacaq” - “Saipem” açıqladı

7-si-reanimasiyada-digerleri-vetenlerine-qaytarilacaq
Oxunma sayı: 1349

“İsrafil Hüseynov” gəmisində baş verən partlayışda xəsarət almış on dörd nəfərdən yeddisi reanimasiya şöbəsinə yerləşdirilib.

“Saipem” şirkətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yaralılar milliyyətcə Azərbaycan, İtalya, Böyük Britaniya, Rumıniya, Malayziya və Xorvatiya vətəndaşlarıdırlar.

Şirkət bildirib ki, qəza borudüzmə işləri zamanı avadanlığın bir hissəsi üzərində aparılan texniki qulluq əməliyyatları ilə əlaqədar olub:

“Zərərçəkənlərə və onların ailə üzvlərinə şəfqət hissini ifadə edərək, Saipem şirkəti yüngül xəsarət alan şəxslərin dərhal vətənlərinə qaytarılmasını təmin etməklə yanaşı ciddi xəsarət alan digər şəxslərin xüsusi tibbi mərkəzlərə köçürməsini təmin edəcəkdir”.