7 yaşı var, bir ilə 22 milyon dollar qazanıb - Fotolar+Video

7-yasi-var-bir-ile-22-milyon-dollar-qazanib
Oxunma sayı: 4201

Heç kəsə sirr deyil ki, “Youtube” vasitəsilə kifayət qədər pul qazanmaq olar. Bunun yolu sadədir: maraqlı mövzu tap, video çək və mükafatını al. Ancaq eyni zamanda şanslı olmaq da lazımdır...

“Forbes” “Youtube” kanalının ən çox qazanan bloqerlərinin adlarını açıqlayıb. Siyahıya rəhbərlik edən isə bütün dünyanın diqqətini cəlb edib. Belə ki, 7 yaşlı Rayan 22 milyon dollarlıq gəlirlə birincidir. O, bu pulu 2017-ci il iyunun 1-dən 2018-ci il iyunun 1-dək qazanıb. 

Rayanın videobloqu “Ryan ToysReview” adlanır. Onun 17 milyon abunəçisi və 26 milyard baxış sayı var. 

Rayanın atası 2015-ci ildə oğlu üçün Yutub-kanal açıb və müntəzəm olaraq çəkdiyi videoları bloqda yerləşdirib. Videolar əsasən Rayanın oyuncaqlarla macəraları haqqındadır.

Auditoriyası əsasən uşaqlardan ibarət olan “Ryan ToysReview” sayəsində mağazalarda həmin oyuncaqların satışı da xeyli irəliləyib. 

Rayanın çəkilişdə istifadə etdiyi oyuncaqların əksəriyyəti isə daha sonra xeyriyyə məqsədilə istifadə olunur. Rayan “Youtube”da qısa müddətdə populyarlaşmasının səbəbini belə izah edib: “Çünki mən maraqlı və gülməliyəm”.