7 yaşlı avtobus konduktoru görənləri təəccübləndirdi

7-yasli-avtobus-konduktoru-gorenleri-teeccublendirdi
Oxunma sayı: 2486

Rusiyanın Yekaterinburq şəhərində 7 yaşlı oğlan avtobusda konduktor işləyə-işləyə pul qazanır. “Qafqazinfo” xəbər verir ki, bu barədə Anton Derbenöv sosial şəbəkə hesabında yazıb.

“7 yaşı var və bütün tətil boyu səhərdən işdədir”, - əlində kassa aparatı olan oğlanın şəklini Feysbukda paylaşan A. Derbenöv qeyd edib. 

Sosial şəbəkə istifadəçilərin şərhlərdəki reaksiyası birmənalı olmayıb. Bəzilərini uşağın işə olan həvəsi heyrətləndirib, digərləri isə bunun nə qədər qanuna uyğun olub-olmadığı haqda maraqlanıb.

Sverdlovsk vilayətinin uşaq hüquqları üzrə səlahiyyətli nümayəndəsi İqor Morkov “Ura.ru” saytına açıqlamasında bildirb ki, sözügedən məsələyə münasibəti ikilidir. Morkov qeyd edib ki, bir tərəfdən, uşağı qazanc əldə etmək həvəsinə görə dəstəkləmək lazımdır, digər tərəfdən isə Rusiyada uşaqlar 14 yaşından etibarən, valideynlərinin razılığı əsasında işləyə bilər.

Marşrut xəttinin məxsus olduğu nəqliyyat şirkətində isə baş verənləri şərh etməyiblər.