7 yaşlı azərbaycanlı dünya birincisi oldu - Fotolar

7 yaşlı azərbaycanlı dünya birincisi oldu
Oxunma sayı: 1847

Macarıstanın Pecs şəhərində Bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku uğrunda yarışlar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, turnirdə iştirak edən həmyerlimiz Mina Abbasova turnirin qızıl medalına layiq görülüb.

Yarışa ev sahibliyi edən Macarıstanla yanaşı, 15-dən çox xarici ölkənin, o cümlədən, Xorvatiya, İsrail, Avstriya, Rusiya, Bosniya və Hersoqovina, Polşa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Almaniya, Moldova, Slovakiya, Sloveniya, Belçika və digər dövlətlərin təmsilçiləri iştirak edib.

Mina Abbasova artıq 2 ildir ki, Budapeştdə fəaliyyət göstərən Rus Ritmik Gimnastik Sport Klubunda məşğul olur. O, Almaniya, Çexiya, Serbiya və Slovakiyada keçirilən beynəlxalq turnirlərdə də fəxri kürsünün yüksək pillələrinə qalxıb. Mina valideynlərinin işi ilə bağlı yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, gələcəkdə yarışlarda Azərbaycan bayrağını dalğalandırmağı arzuladığını bildirib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi