7 yaşlı oğlunu çəkiclə vurub öldürdü - Sabirabadda dəhşət

7-yasli-oglunu-cekicle-vurub-oldurdu
Oxunma sayı: 631

Sabirabadda dəhşətli qətl törədilib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.
Röyal Məmmədov polis tərəfindən saxlanılıb. 

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.