7 yaşlı uşağı “tok” vurdu

7-yasli-usagi-tok-vurdu
Oxunma sayı: 678

Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Biləcəri qəsəbəsindəki yaşayş evlərindən birində 2010-cu il təvəllüdlü Hüsenyov Paşa Hafiz oğlu hamam otağında duş alarkən onu qəfildən cərəyan vurub.

Uşaq ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbləri araşdırılır.