70 faizə çatdı

70-faize-catdi
Oxunma sayı: 733


Bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Ə.Abbasov bildirib ki, Azərbaycan vətəndaşları mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edirlər. Onun fikrincə, Azərbaycanda internet istifadəçilərinin sayının daim artması bunun bariz nümunəsidir.

“Məhz ölkə Prezidentinin təşəbbüsü ilə 2013-cü il “İnformasiya Kommunikasiya Texnologiyaları ili” elan edilib, İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə sərəncam verilib. Ölkənin bütün ərazisində əhalinin genişzolaqlı internet xidmətlərdən istifadəsini genişləndirmək məqsədilə “Evlərə optika” layihəsi həyata keçirilir, dövlət orqanlarının göstərdiyi xidmətlərin elektronlaşdırılması sürətləndirilib. Ölkənin gələcək inkişafı insan kapitalının inkişaf etdirilməsinə, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə bağlıdır. İnternetdən istifadə insanların informasiya imkanlarını və onlar arasında ünsiyyəti genişləndirir, zəruri bilgilər əldə etməsinə şərait yaradır. Dövlətimizin öz inkişaf strategiyası, uzunmüddətli hədəfləri vardır və Azərbaycanda internet azadlığının təmin edilməsi bu inkişaf strategiyasının tərkib hissəsidir»- deyə, nazir vurğulayıb.