70 komanda Odlar Yurdu Universitetində yarışdı

70-komanda-odlar-yurdu-universitetinde-yarisdi
Oxunma sayı: 649

Gənclər və İdman Nazirliyinin dəstəyi və “Xəzər” İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən ənənəvi “Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kubokunun Bakı mərhələsi ilə seçim turları Odlar Yurdu Universitetində baş tutan oyunla sona çatıb. 

“Qafqazinfo” xəbər verir ki, bu vaxta qədər Tərtər, Mingəçevir, İmişli, Lənkəran, Goranboy, Gəncə, Zərdab, Sumqayıt şəhərlərində 70-ə yaxın orta məktəb şagirdləri və gənclərdən ibarət komandaların iştirak etdiyi oyunlarda ən yaxşı nəticə göstərənlər 15 iyulda Bakıda keçiriləcək Final oyununa vəsiqə qazanıblar. 

“Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kubokunun finalında Çağırış Kuboku ilə yanaşı 2017-2018-ci il Peşəkar İntellekt Liqasının birinci mövsümünün qalibi də məlum olacaq. Odlar Yurdu Universitetinin təşkilati dəstəyi ilə Xəzər İntellekt Gənclər Klubu tərəfindən həyata keçirilən layihənin əsas məqsədi komandalar və iştirakçıların vahid təqvim vasitəsilə yarışması, təhsilin keyfiyyətinin artırılması, rəqabətli mühitin yaradılması, gənclərin asudə vaxtının daha səmərəli keçirilməsi, region gənclərində intellektual inkişafın təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.