700 bal toplayanlara telefon hədiyyə verildi - Video

700-bal-toplayanlara-telefon-hediyye-verildi
Oxunma sayı: 7608

Bu gün “Azərfon” şirkəti 700 bal toplayan tələbələrlə görüş keçirib. “Qafqazinfo” xəbər verir ki, modern.az saytının və sözügedən şirkətin təşkilatçılığı ilə baş tutan tədbirdə 29 abituriyentə qalibiyyətləri münasibətilə mobil telefon təqdim olunub.

Onlardan bir neçəsi  seçdikləri ixtisas barədə “Qafqazinfo”ya danışıb. 

Belə ki,  Şəki şəhəri Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsini, akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı məktəbin məzunu Rövşanə Rəcəbova ADA Universitetinin iqtisadiyyat ixtisasını,169 nömrəli tam orta məktəbin şagirdi Aslan Aşirov Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasını, “Elitar” Gimnaziyanın məzunu İlqar Məmmədov proseslərin avtomatlaşdırılması ixtisasını seçiblər. 

Məzunlarla bağlı hazırladığımız videonu təqdim edirik:

Günel Türksoy 
Video: Nuran Məmmədov