71 yaşlı qadını vurub qaçdı - Yenilənib

71-yasli-qadini-vurub-qacdi
Oxunma sayı: 1025

Bakıda qoca qadını vuraraq hadisə yerindən qaçan sürücü həbs edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə iyulun 10-da Suraxanı rayonu Əmircan qəsəbəsində baş verib. Mustafayev küçəsində yerləşən bazarın qarşısında yolu küçən piyada, 1948-ci il təvəllüdlü Şükufə Qurbanova naməlum avtomobil tərəfindən vurulub və həyatı üçün təhlükəli olan xəsarətlər alıb. Sürücü isə ona kömək etməyərək hadisə yerindən qaçıb. Ş.Qurbanova iyulun 11-də xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq zamanı hadisənin Əmircan sakini, 1992-ci il təvəllüdlü Bəhruz Nəzərli tərəfindən “Opel Astra” markalı avtomobillə törədildiyi məlum olub. Həmin şəxs iyulun 15-də şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

***

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu hadisə ilə bağlı birgə məlumat yayıb. Qeyd olunub ki, faktla bağlı görə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd