72 yaşlı kişi mağazadan şokolad oğurlayarkən tutuldu

72-yasli-kisi-magazadan-sokolad-ogurlayarken-tutuldu
Oxunma sayı: 2301

Bakıda mağazada oğurluğa cəhd etmiş 72 yaşlı kişi tutulub. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Neapol küçəsində yerləşən “Səbət” marketin sahibi 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, 1946-cı il təvəllüdlü Ağabala Göyüşovu 3 ədəd şokolad oğurlayarkən tutub. Mağaza sahibi cinayət başında yaxaladığı 72 yaşlı kişini polisə təhvil verib.

Araşdırma aparılır.