7200 illik tarixi olan pendir qalığı tapıldı

7200-illik-tarixi-olan-pendir-qaligi-tapildi
Oxunma sayı: 1504

Xorvatiyanın Pokrovnik və Danilo Bitinj kəndlərində aparılan qazıntılarda qazan içində pendir qalıqları tapılıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində qalıqların 7200 il əvvələ aid olduğu aşkarlanıb.

Bundan öncə, araşdırmaçılar pendir istehsalına 5 min il əvvəl başlandığını irəli sürürdü. Lakin bununla da pendirin istehsal tarixinin daha qədim olduğu üzə çıxıb.

Ehtimallara görə, pendir, süd və qatıq məmulları Avropaya bu bölgədən yayılıb.

Qeyd edək ki, bu vaxta qədər ən qədim pendir qalığı 3200 il öncəyə aid idi. Həmin pendir qalığı Misirdə tapılıb.