727 milyon 495 min manat kompensasiya ödənilib

727-milyon-495-min-manat-kompensasiya-odenilib
Oxunma sayı: 654

Əmanətlərin Sığortalanması Fondu bağlanan bankların əmanətçilərinə ödədiyi kompensasiyaların məbləğini açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki,  “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 201 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 54 milyon 624 min manat (ümumi kompensasiya öhdəliyinin 75 %-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 087 min manatdan (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 128 miyon 683 min  manatdan artıq kompensasiya ödənilib.
 
“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 282 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 256 min manatdan artıq kompensasiya ödənilib.

“Bank Standard” KB-nin qorunan  əmanətçilərinə 436 milyon 667 min  manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99 %-i əmanətçilərə ödənilib.

19 aprel  2017-ci il tarixdə “Yunayted Kredit Bank” ASC-nin qorunan  əmanətçilərinə 318 min 725  manatdan artıq kompensasiya ödənilib.Belə ki, 1 gün ərzində ümumi kompensasiya öhdəliyinin 17,6 %-i əmanətçilərə ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatmışdır. 12 fevral 2017-ci il tarixədək “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə  120  milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 727 milyon 495 min manatdan artıq kompensasiya   ödənilib.