74 yaşlı qadın qətlə yetirildi

74-yasli-qadin-qetle-yetirildi
Oxunma sayı: 640

Goranboy rayon prokurorluğundan şənbə günü Trend-ə bildiriblər ki, kənd sakini 1938-ci il təvəllüdlü Əliyeva Dilarə Müseyib qızının üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evin həyətindəki tövlədən tapılıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb, istindaq hərəkətləri aparılır.