75 minlik telefon oğurlamışdı, saxlanıldı

75 minlik telefon oğurlamışdı, saxlanıldı
Oxunma sayı: 973

Qazaxıstanın Pavlodar şəhərində Azərbaycan vətəndaşı saxlanılıb.

“Qafqazinfo”nun “zakon .kz” portalına istinadən verdiyi xəbərə görə, 33 yaşlı azərbaycanlı “Qazel” avtomobil salonundan 75 min tenqe (330 AZN) dəyərində mobil telefonu oğurlamaqda ittiham edilir.

Bundan öncə də o, oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən şəxsin digər analoji faktlarda əlaqəsinin olub-olmadığını araşdırır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi