75 yaşlı kişi evində yanaraq öldü

75-yasli-kisi-evinde-yanaraq-oldu
Oxunma sayı: 648

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Salyan şəhərində 1937-ci il təvəllüdlü Muxtar İsrafil oğlu Mehdiyevə məxsus ümumi sahəsi 77 kv.m olan birmərtəbəli üçotaqlı evin 1 otağının yanar konstruksiyaları və 2 otağı qismən 44 kv.m sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin yanmış cəsədi aşkar edilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.