75 yaşlı təqaüdçü onu döyən azərbaycanlını bağışladı - - Video

75-yasli-teqaudcu-onu-doyen-azerbaycanlini-bagisladi-
Oxunma sayı: 2379


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, təqaüdçü Raşat Samiqulin gənc qafqazlı ilə münaqişəni öz günahı üzündən yarandığını bildirib. 

Rusiyada səs-küyə səbəb olan həmin video görüntülər yayıldıqdan sonra azərbaycanlının həbsini tələb edənlərlə yanaşı onu müdafiə edənlər də tapılıb. Həmin şəxslər 25 yaşlı gəncin azad olunması üçün imzatoplama aksiyasına da başlayıblar. 

Təqaüdçü mətbuata açıqlamasında həmin gün sərxoş olduğunu və yaxınlıqda ictimai tualet olmadığı üçün mağazanın qarşısında belə bir hərəkət etdiyini deyib. Eyni zamanda, polisə müraciət edərək həmin gəncə qarşı ittihamları geri götürdüyünü əlavə edib.