76 yaşlı piyadanı maşın vurdu

76-yasli-piyadani-masin-vurdu
Oxunma sayı: 637

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Ələt-Astara magistralının 200-ci kilometrliyində, Lənkəran rayonunun Digah kəndində baş verib. Lənkəran şəhər sakini Zahir Kazımov idarə etdiyi VAZ-2106 markalı avtomaşınla Astara istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 76 yaşlı Lənkəran rayonunun Tüədo kənd sakini Aşur Cavadovu vurub. Sürücü dərhal yaralını öz maşınına qoyaraq, Mərkəzi Diaqnostikaya aparıb. Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Yaralı aldıqları xəsarətlərdən dünyasını dəyişib.

A.Cavadov ucqar dağ kəndindən şəhərə gələrək yaxınlarının hüzür məclisində iştirak edib. O, hüzür məclisindən çıxıb, yolu keçmək istəyərkən məlum hadisə baş verib.