79 yaşlı ata oğlanları ilə oğurluq etdi

79-yasli-ata-oglanlari-ile-ogurluq-etdi
Oxunma sayı: 658

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Sumqayıt sakini Mədəni Məmmədova məxsus avtodayanacaqdan 15 sement, habelə hasarının 500-600 mişar daşı və dəmir barmaqlıqları sökülərək oğurlanıb. Oğurluğun Sumqayıt sakini 79 yaşlı Yusif Vəliyev və onun 2 oğlu tərəfindən törətməsi müəyyən edilib.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.