8-ci həftə start götürür

8-ci-hefte-start-goturur
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, bu gündən İctimai Televiziyada Milli Seçim turunun 8-ci həftəsi start götürür. Milli seçim turlarının 8-ci həftəsində Azərbaycanı 2012-ci ildə Evrovision Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti “9-luq” 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq.

Bu həftənin iştirakçıları Tofiq Hacıyev, Rinat Allimov, Arzu İsmayılova, Əli Məmmədli, Ülkər Quliyeva, Abbas Kərimli, Zaur Əmiraslanov, Ülvi Rəşidov və Caspian Dreamers-dır. Avropanın ən nüfuzlu mahnı müsabiqəsində ölkə təmsilçiliyinə namizədlər həftənin 5 günü İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər.

Nigar Məmmədli