8 əsgərin şəhid olduğu təpə terrorçulardan alındı - Video

8 əsgərin şəhid olduğu təpə terrorçulardan alındı
Oxunma sayı: 2051

Dünən günorta saatlarından etibarən Afrinin Kəl Təpə strateji yüksəkliyində Türkiyə ordusu ilə terrorçular arasındakı atışma bu gün başa çatıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, bu gün terrorçular məhv edilib və həmin yüksəklik alınıb.

Bundan başqa, yaxınlıqdakı Mesekanlı, Mamalı və Atamanlı kəndləri də azad edilib.

Hazırda Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) Raco istiqamətində hərəkətini davam etdirir.

Qeyd edək ki, dünən Kəl Təpədə 8 türk əsgər şəhid olmuş, 13-ü isə yaralanmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi