8 manatlıq bananla bağlı - Açıqlama

8-manatliq-bananla-bagli
Oxunma sayı: 3292

Bir neçə gün əvvəl Fresco marketində 8 AZN-ə Lənkəran istehsalı olan mini bananların satıldığı barədə məlumat yayıldı. 

Bununla bağlı mağaza rəhbərliyi “Qafqazinfo”ya açıqlama verib. Açıqlamada deyilir ki, həqiqətən də marketdə 7.79 AZN-ə mini banan satılır, lakin istehsal vətəni Lənkəran deyil, Cənubi Afrika Respublikasıdır. Bundan əlavə standart ölçülü bananın kilosu isə bu gün 2.49AZN-dir. 

“Həmçinin bildirmək istərdik ki, bazara yeni daxil olan mini bananlar Meyvəli bazarda, həmçinin digər supermarket şəbəkələrində satılır. Fresco supermarketlər şəbəkəsi meyvə bazarında import ilə bağlı bir fəaliyyət göstərmir, müştərilərə ümumi Azərbaycan bazarına daxil olan və  hər bir ticarət obyektinin satdığı meyvə və tərəvəz məhsullarını müştərilərinə təqdim edir”.