8 Martda hava necə olacaq?

8-martda-hava-nece-olacaq
Oxunma sayı: 1753

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 Mart-Beynəlxalq Qadınlar Gününə gözlənilən ilkin hava proqnozunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın sözlərinə görə, mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq:

“Arabir güclənən şimal küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir. Ümid edirik ki, xanımlarımızın təbəssümü günəş şəfəqləri kimi ətrafı isidəcək”.