8 Martı həbsdə keçirən körpələr... - Ruhi onları sevindirdi

8 Martı həbsdə keçirən körpələr...
Oxunma sayı: 6618

Ötən gün Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyeva ənənəsinə sadiq qalaraq yeni yaşını və "8 Mart Beynəlxalq Qadınlar Günü"nü qadın məhbuslarla birgə keçirib.  

“Qafqazinfo” xəbər verir ki, R. Əliyevanın təşəbbüsü, Penitensiar Xidmətin rəisi Ceyhun Məhərrəmov və Səbail icra başçısının müavini Xalidə Bayramovanın dəstəyi ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində konsert proqramı təşkil olunub. 

Əvvəlcə, tədbirdə iştirak edən rəsmi şəxslər, təşəbbüskar Ruhi Əliyeva çıxışında bütün xanımları təbrik edib.

Biznes leydi bildirib ki, doğum gününü məhkum qadınlarla keçirmək və onları az da olsa sevindirməkdən məmnundur. Çıxışı zamanı o,göz yaşlarını saxlaya bilməyib. 

Rəsmi hissədən sonra məhkum xanımlar üçün konsert proqramı start götürüb. Xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov, müğənni Elton Hüseynəliyev çıxış ediblər. Tədbirdən sonra məhkum xanımlar üçün Ruhi Əliyevanın təqdim etdiyi bayram süfrəsi açılıb.

Aparıcısı Nəsib Nurun olduğu tədbirdə Hacı Nuran Hüseynov, Tarix Əliyev də iştirak edib. 

Qeyd edək ki, 2015-ci ildən bəri R. Əliyeva 8 Marta təsadüf edən doğum gününü məhz 4 saylı cəzaçəkmə müəssisəsində qeyd edir.

Fotolar, video Nuran Məmmədov


















Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi