8 milyardlıq maliyyə yardımı noyabrda ediləcək

8-milyardliq-maliyye-yardimi-noyabrda-edilecek
Oxunma sayı: 639

“Qaqfazinfo”nun BBC News-a istinadən xəbərinə görə, qərarı Beynəlxalq Maliyyə Fondu təsdiq etməlidir. Əgər qərar dəstəklənərrsə, yunanlar maliyyə yardımın növbəti tranşını noyabrın ortalarında ala biləcəklər.
Maliyyə yardımını ala bilmək üçün Yunanıstan parlamenti büdcə xərclərinin ixtisarını nəzərdə tutan yeni antiböhran planını təsdiq edib. Sənəd oktyabrın 20-də qəbul edilib.
Yunanıstan hökuməti tərəfindən sentyabrın sonunda elan edilmiş antiböhran planı pensiyaların azaldılması, daşınmaz əmlaka əlavə vergi, özəlləşdirmənin tempinin sürətlənməsi, həmçinin 10 min dövlət qulluqçusunun əmək haqlarının yarıyadək azaldılmasını nəzərdə tutur.