8 nəfər quduzluqdan öldü

8-nefer-quduzluqdan-oldu
Oxunma sayı: 651

Mərkəzdən bildirilib ki, quduzluq xəstəliyindən sonuncu ölüm halları avqust ayı ərzində olub. Həmin ay ərzində 2 hadisə qeydə alınıb.

Yoluxma nəticəsində Tərtərdə 47 yaşlı kişi, Şəmkirdə 11 yaşlı uşaq dünyasını dəyişib. 47 yaşlı kişiyə iynə vurulsa da, o, 10 gündən sonra dünyasını dəyişib. Uşağı it dişlədikdən sonra isə valideynləri bununla əlaqədar heç bir tibb müəssisəsinə müraciət etməyiblər.

İl ərzində digər quduzluq halları Cəlilabad, Saatlı, Beyləqan, Sabirabad, Abşeron rayonunda qeydə alınıb. Bu il ərzində Bakıda quduzluğa yoluxma halı baş verməyib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 6 nəfərin quduzluğa yoluxma hadisəsi baş verib. Bu hadisələr Bakı, Şəki, Tərtər və Yevlaxda qeydə alınıb.