8 nəfər yaralandı, 5-i uşaqdır - Bərdədə qəza

8-nefer-yaralandi-5-i-usaqdir
Oxunma sayı: 659

Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Divanlı kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, iki "VAZ-2107" markalı avtomobilin toqqquşması nəticəsində Bərdə sakini olan 8 nəfər xəsarət alıb. Qəza zamanı hər iki maşın idarəetməni itirərək yoldan çıxıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı sürücü və sərnişinlər daxil olmaqla xəsarət alan şəxslər bunlardır:
Bayramov Bayram Rövşən oğlu, 10 yaş (Güloğlular kəndi)
Əlizadə Kənan Müşfiq oğlu, 5 yaş (Güloğlular kəndi)
Əlizadə Sənan Muşfiq oğlu, 4 yaş (Güloğlular kəndi)
Allahverdiyev Fariz Taliş oğlu, 18 yaş (Cəyirli kəndi)
Məmmədov Ramin Sabir oğlu, 28 yaş (Cəyirli kəndi)
Məmmədova Türkan Piriş qızı, 27 yaş (Cəyirli kəndi)
Məmmədov Məhəmmədəli Ramin oğlu, 9 aylıq (Cəyirli kəndi)
Məmmədzadə Leyla Ramin qızı, 7 yaş (Cəyirli kəndi)