8 otaqlı ev yandı

8-otaqli-ev-yandi
Oxunma sayı: 957

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Mollakənd kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 8 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.